EN

Arsenal “Old Trafford”da “Mançester Yunayted”i məğlub etdi – Premyer Liqada ilk turun nəticələri

Finss.az - Futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümün ilk turunun oyunları davam edir.

Turun mərkəzi qarşılaşması Mançesterdə baş tutub. “Old Trafford”da keçirilən oyunda “Mançester Yunayted” – “Arsenal” matçında qonaqlar minimal hesabla qələbə qazanıblar. “Topçular”ın yeganə qolunu 13-cü dəqiqədə Rikkarko Kalafiori vurub.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

  • “Liverpul” – “Bornmut” – 4:2

  • “Aston Villa” – “Nyukasl” – 0:0

  • “Tottenhem” – “Börnli” – 3:0

  • “Sanderlend” – “Vest Hem” – 3:0

  • “Brayton” – “Fulhem” – 1:1

  • “Vulverhemton” – “Mançester Siti” – 0:4

  • “Çelsi” – “Kristal Pelas” – 0:0

  • “Nottingem” – “Brentford” – 3:1

Qeyd edək ki, turun son oyunu avqustun 18-də keçiriləcək “Lids” – “Everton” matçı olacaq.

 

Chosen
190
6
fins.az

10Sources